Menu
Geri İrəli

Bir ailənin 5 üzvü qəzada öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2017 • Baxış sayı: 860 dəfə • Şərh yoxdur
Share Button

1512487303_mersedes-kamaz-qezaDünən axşam saatlarında Qaradağ rayonunda qəza zamanı vəfat edən 5 nəfər bir ailənin üzvləri olub.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, dekabrın 5-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bərdə rayon sakini Heydər Quliyevin idarə etdiyi “Mercedes” (yük) və Laçın rayon sakini Sakit Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə S.Hüseynov və sərnişinləri – arvadı Telnaz, qızı Samirə, gəlini Selcan və nəvəsi Cənnət hadisə yerində ölüblər.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Murad Əhməd

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın