Menu
Geri İrəli

Bir anlıq diqqətsizliyin FACİƏVİ SONU: 2 BACI ÖLDÜ – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Avqust 2016 • Baxış sayı: 1,120 dəfə • Şərh yoxdur

deniz2Bakıda dənizdə batan bacılardan ikincisinin də meyiti tapılıb. Lent.az-ın Fövqəladə Hallar nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 2-də Novxanıda nəzarət olunmayan ərazidə batan 2002-ci il təvəllüdlü Əliyeva Aytac Vasif qızının cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 120 metr aralıda sudan çıxarılıb.

****

11:06

Bakıda iki bacı dənizdə batıb. Lent.az-ın məlumatına görə, dünən axşam saatlarında Novxanı qəsəbəsinin dəniz sahili ərazisində (Aqua Parkdan Pirşağıya gedən istiqamətdə boş ərazidə) Göyçay rayon sakinləri – 2000-ci il təvəllüdlü Əliyeva Səmayə Vasif qızı və onun bacısı, 2002-ci il təvəllüdlü Aytac dənizdə boğularaq ölüb.

Bildirilir ki, iki bacı qohumları ilə birgə dünən çimərliyə gedib. Qohumları qızlar göbəyədək suda olarkən onları nəzarətdə saxlayırmış. Bu zaman bir anlıq uşaqlardan gözlərini çəkən həmin şəxslər az sonra onların suda itdiyinə görüblər və kömək çağırıblar. S.Əliyevanın meyiti dərhal tapılaraq sudan çıxarılıb. 14 yaşlı Aytacın meyitinin tapılması istiqamətində iş davam etdirilir.

Qeyd edək ki, qızların boyu 150-155 santimetr arası olub və üzməyi bacarmırlarmış.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın