Menu
Geri İrəli

Bir ayın içində ölən bacı-qardaşın valideynlərindən qəribə QƏRAR

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2017 • Baxış sayı: 101 dəfə • Şərh yoxdur
Share Button

eyruet465_48676Sabirabad rayonunda 28 günün içərisində dünyasını dəyişən azyaşlı bacı və qardaşın müəmmalı ölüm səbəbi haqqında ekspertizanın nəticələrinin bu gün açıqlanacağı ilə bağlı məlumat yayılmışdı.

Oxu.Az xəbər verir ki, qafqazinfo nəticələrin necə olduğunu öyrənmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, valideynləri uşaqlar üzərində ekspertiza aparılmasına icazə verməyib: “Ekspertiza olmadığına görə onların dəqiq ölüm səbəbi də məlum deyil. Qeyd edim ki, valideynlər qohumdurlar”.

Xatırladaq ki, Sabirabadın Həşimxanlı kəndində kənd sakini, 3 yaşlı Əlvan Əsədli və onun  5 yaşlı bacısı Səma Əsədli bir ayın içində naməlum səbəbdən qəfildən dünyasını dəyişib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın