Menu
Geri İrəli

Bir sıra hotellərə “ulduz” verildi (SİYAHI)

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Noyabr 2016 • Baxış sayı: 267 dəfə • Şərh yoxdur

hotelMehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.

Cari ilin noyabr ayı ərzində Bakı şəhərində və regionda yerləşən aşağıda adları qeyd olunan 5 mehmanxanaya AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib:

1. “Staybridge Suites Baku” – 4 ulduz superior
2. “Neapol” – 4 ulduz
3. “Baku İnn Hotel” – 4 ulduz
4. “Xan Lənkəran” – 4 ulduz
5. “Manor” – 3 ulduz

Qeyd edirik ki, azırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxa və mehmanxana tipli obyektlərin sayı 121-ə çatıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın