Menu
Geri İrəli

Biri 700, digəri 685 bal toplayıb- Gəncədəki bacı-qardaşın rekordu…

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyul 2015 • Baxış sayı: 346 dəfə • Şərh yoxdur

99317Gəncədə yaşayan Qasımovlar ailəsinin sevincinin həddi-hüdudu yoxdur. Buna səbəb ailənin iki övladının bu il II qrupa keçirilən qəbul imtahanında yüksək bal toplamasıdır.

APA TV xəbər verir ki,  Elçin və Gülcin orta məktəbi bir yerdə oxuyublar. Eyni qrupda imtahan verən Elçin 700 bal, bacısı Gulçin isə 685 bal toplayıb.

Elçin Gülçindən bir yaş kiçik olsa da, bağçaya bir yerdə gedib, orta məktəbi də bir yerdə oxuyublar. Gəncə şəhərindəki 1 saylı orta məktəbin məzunları olan abituriyentlər savadları, bilik və bacarıqları ilə digərlərindən seçilərək, hələ aşağı siniflərdən 2-ci qrup üzrə imtahan verib iqtisadiyyat təhsili almağı arzulayıblar.

Yüksək bal toplayan bacı və qardaşın ən böyük arzusu ADA-nın tələbəsi olmaqdır. Lakın valideyn Ziyad Qasımov Elçin və Gulçinin ölkənin başqa nüfuzlu universitetləri arasında seçim edə biləcəklərini də istisna etmir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın