Menu
Geri İrəli

“Biz bu hadisədən hiddətlənirik” – Əlivevdən Türkiyəyə dəstək

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyun 2016 • Baxış sayı: 164 dəfə • Şərh yoxdur

600@0-(1)

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

İ. Əliyev İstanbulun Atatürk Hava Limanında törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbərinin bizi olduqca sarsıtdığını deyib: “Biz bu qanlı hadisədən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın