Menu
Geri İrəli

“Bloomberg” Azərbaycanın hərbi gücündən yazdı

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Aprel 2016 • Baxış sayı: 102 dəfə • Şərh yoxdur

1200x-1-721Neft zənginliyi Azərbaycana Ermənistanın hərbi gücünü tərksilah etməyə imkan yaratdı.

“Qafqazinfo” xəbər verir ki, “Bloomberg” agentliyi Dağlıq Qarabağda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş hadisələrə həsr etdiyi məqaləsini məhz belə adlandırıb. Anspress yazır ki, məqaləyə simvolik olaraq Dağlıq Qarabağın Talış kəndi ərazisində vurulmuş hərbi avtomobildən canını qurtara bilmiş erməni əsgərin şəklini yerləşdirmiş agentlik bildirib ki, iri neft gəlirləri əldə edən Azərbaycan son 10 ildə hərbiyə ayırdığı xərcləri 10 dəfəyə qədər artıraraq 2015-ci ildə 4,8 milyard dollara çatdırıb. Agentlik Stokholm Sülh Araşdırmaları İnstitutuna istinadən Ermənistanın hərbi xərclərinin son 10 ildə cəmi 3 dəfə artaraq 447 milyon dollara çatdğını da qeyd edib.

“Azərbaycanın siyasəti çox aydın idi, strategiyası ölkələr arasında iqtisadi, siyasi, diplomatik və hərbi tarazlığı elə yüksəltməyə yönəldilib ki, Ermənistanı hansısa sülh sazişini qəbul etməyə məcbur etsin,” – deyə Con Hopkins universitetinin əməkdaşı Svante Kornell “Bloomberg”ə bildirib.

Hər iki ölkənin əhali sayına görə kiçik dövlətlər olduğunu qeyd edən agentlik “firepower.com”a əsaslanaraq Azərbaycanın 314 tank, 191 reaktiv sistem və 127 təyyarəsi ilə Ermənistanı xeyli geridə qoyduğunu bildirir. Mənbənin məlumatına görə, Ermənistanın yalnız 166 tankının, 150 reaktiv sisteminin və 63 təyyarəsinin olduğunu qeyd edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın