Menu
Geri İrəli

BMT: Bakıda ilk Avropa Oyunları sülhə dəstək verəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyun 2015 • Baxış sayı: 316 dəfə • Şərh yoxdur

pan-gu-munAzərbaycanın bu Oyunların təşkilinə töhfəsi yüksək qiymətləndirilir.

BMT-nin Baş katibi Pan Gi Mun sabah Azərbaycanın paytaxtında start götürəcək Birinci Avropa Oyunlarının açılışını alqışlayır.

Oxu.Az xəbər verir ki, bu barədə gündəlik brifinqdə BMT-nin mətbuat katibi Stefan Cüarrik bildirib.

“Baş katib Azərbaycan xalqı və hökumətinin bu Oyunların təşkilinə verdiyi töhfəni yüksək qiymətləndirir və ümid edir ki, oyunlar beynəlxalq və regional əməkdaşlığın möhkəmlənməsinə yardım edəcək”.

Stefan Cüarrikin sözlərinə görə, BMT Baş katibinin idman üzrə xüsusi müşavirinini bir müddət əvvəl Azərbaycan barəsində səsləndirdiyi mənfi fikirlər BMT yaxud təşkilatın Baş katibinin fikirlərini əks etdirmir. Pan Gi Mun ümid edir ki, həmin bəyanat idmanın sülh və inkişaf ideyalarının yayılmasında oynadığı müsbət rola mənfi təsir göstərməyəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın