Menu
Geri İrəli

Boşanmışların infarktdan ölmə riski evlilərə nisbətən yüksəkdir

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Avqust 2017 • Baxış sayı: 260 dəfə • Şərh yoxdur
Share Button

bosanma_01Böyük Britaniyada, təxminən 1 milyon xəstə üzərində aparılan araşdırmada, boşanmış insanların infarkt keçirdikdən sonra sağ qalma nisbətinin, həyat yoldaşı olan xəstələrə nisbətən daha az olduğu məlum olub.

Milli.Az  BBC-yə istinadən xəbər verir ki, Deyli Teleqrafın dərc etdiyi araşdırmaya əsasən, həyat yoldaşı olan xəstələrin sağ qalma nisbəti, subay xəstələrə nisbətən daha yüksəkdir.

Sağ qalma nisbəti ən aşağı xəstələr isə boşanmış olanlardır. Bu qrupdakı xəstələrin ölüm nisbəti evlilərə nisbətən 16%, subaylara nisbətən isə 9% çoxdur.

Böyük Britaniyadakı Milli Səhiyyə Sistemi (NHS) xəstələri üzərində 13 il ərzində aparılan araşdırmanın nəticələri, İspaniyanın Barselona şəhərindəki Kardiologiya Birliyi Konqresində açıqlanıb.

Ürək mütəxəssisləri bu fərqin, yoldaşlarının infarktdan sonrakı müalicə prosesində verdiyi dəstəklə əlaqəli olduğunu bildirirlər.

Ekspertlər hesab edir ki, həyat yoldaşı olan xəstələr özlərinə daha yaxşı baxıb, dərmanlarını daha nizamlı qəbul edirlər.

Əlavə olaraq, boşanmanın insanın üzərində yaratdığı stressin də xəstələrə mənfi təsir göstərdiyi güman edilir.

Böyük Britaniyada hər il orta hesabla 200 min nəfər infarkt keçirir, bunlardan 70 mini dünyasını dəyişir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın