Menu
Geri İrəli

Bu avtobuslarda nağd ödəniş dayandırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Sentyabr 2016 • Baxış sayı: 1,967 dəfə • Şərh yoxdur

avtobus_261214Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcı şirkətlər qarşısında vahid kart sisteminə keçidin tətbiqinə dair qoyduğu tələbə uyğun olaraq xəbər verdiyimiz kimi artıq bu gündən etibarən daha 6 marşrut xətti üzrə (18, 61, 65, 79, 85, 96) hərəkət edən avtobuslarda ödəmə kart vasitəsilə həyata keçiriləcək.

Virtualaz.org bildirir ki, bu barədə agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib: “İlk mərhələdə 6 marşrut xətti üzrə 117 avtobusda validatorların quraşdırılması təmin edilib. Ümumilikdə yaxın zamanlarda daha 400 avtobus üçün validatorların quraşdırılması nəzərdə tutulub. Xatırladaq ki, vahid kart sisteminin tətbiq edildiyi 15 marşrut xəttində və Bakı metropolitenində gediş haqqının ödənilməsi “BakıKart” sistemi ilə həyata keçirilir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın