Menu
Geri İrəli

Bu avtomobil yolu 3 gün bağlı olacaq – Xəbərdarlıq

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Avqust 2017 • Baxış sayı: 694 dəfə • Şərh yoxdur

QEZA3Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Sabunçu rayonu Balaxanı- Binəqədi (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən – 8 avqustdan etibarən qismən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC -dən “Qafqazinfo”ya daxil olan məlumatda qeyd edilir ki, sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 3 gün avqust ayının 11- nə kimi qüvvədə olacaq.

Qurum vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın