Menu
Geri İrəli

Bu gün hava necə olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Aprel 2016 • Baxış sayı: 227 dəfə • Şərh yoxdur
hava-isti-gunesliAprelin 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 19-24, Bakıda gecə 9-11, gündüz 20-22  dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz  40-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 25-də hava şəraitinin  əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 6-11, gündüz 21-26 dərəcə isti,  dağlarda gecə -1-6 gündüz 12-17 dərəcə isti olacaq.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın