Menu
Geri İrəli

Bu gün Vyanada Əliyev-Sarkisyan görüşü baş tutacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 16 May 2016 • Baxış sayı: 531 dəfə • Şərh yoxdur

Cenab Prezident ve Maymaqyan1Tərəflər Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.

Bu gün mayın 16-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü baş tutacaq.

Oxu.Az xəbər verir ki, ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk qrupunun təşkil etdiyi görüşdə, həmçinin MQ-nun həmsədr ölkələri ABŞ, Rusiya və Fransanın XİN rəhbərləri də iştirak edəcəklər.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin dövlət katibi Con Kerrinin Avstriyaya səfəri barədə məlumat yayıb, görüş zamanı onun Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan ilə görüşü planlaşdırılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın