Menu
Geri İrəli

Bu şəxslərə də hərbi xidmətdən möhlət hüququ verilir

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Noyabr 2017 • Baxış sayı: 607 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycanda peşə təhsili alanlara növbəti təhsil pilləsinə keçmək üçün həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanunda əksini tapıb.

Qanun layihəsinin 4.1.36 maddəsində bildirilir ki, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın