Menu
Geri İrəli

Bu şəxslərin ölkədən çıxışına qadağa qoyulub – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyul 2016 • Baxış sayı: 935 dəfə • Şərh yoxdur
Share Button

ayraportVergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısını açıqlayıb.

Milli.Az bildirir ki, bu haqda nazirliyin Analitik-informasiya şöbəsindən modern.az-a verilən məlumatda deyilib.

İyulun 25-nə olan məlumata görə, vergi borcunu ödəməyə görə ölkədən çıxışı məhdudlaşdırılanların sayı 283 nəfərdir.

Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı isə 313-dür.

Onların içərisində “Qaradağ tikinti materialları” ASC, “Qarant tikinti” MMC, “DELTA-08″ MMC, “Bakı futbol klubu” MMC, “Sonalar Sonası” MMC, “Akkor Hydrotechnıcal Construction” MMC və başqa icra orqanlarının rəhbərinə ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi  vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.

Tam siyahı ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:

http://www.taxes.gov.az/uploads/vergiborcu/airHuquqi.pdf

http://www.taxes.gov.az/uploads/vergiborcu/airFiziki.pdf

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın