Menu
Geri İrəli

Cahangir Hacıyevin şirkəti batır

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyun 2015 • Baxış sayı: 613 dəfə • Şərh yoxdur
Share Button
cahangir“Azərinşaatservis” MMC-də 2 aya yaxındır ki, işçilərə əmək haqqı verilmir. Bu barədə İstiqlal.az-a MMC-də çalışanlar məlumat verib.
Məlumat üçün deyək ki, “Azərinşaat” MMC bir vaxtlar nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olub. Sözügedən MMC-yə nəqliyyat nazirinin biznes ortağı, Türkiyə vətəndaşı olan Bülent Karani rəhbərlik edib. Lakin sonradan “Azərinşaatservis” MMC Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin nəzarətinə keçib. Buna səbəb MMC-nin Beynəlxalq Banka külli miqdarda kredit borcunun olmasıdır. Yəni, Ziya Məmmədov borc müqabilində “Azərinşaatservis”i Cahangir Hacıyevə verib. Bülent Karani isə Azərbaycandan qaçıb. “Azərinşaatsevris” Cahangir Hacıyevin nəzarətinə keçdikdən sonra Beynəlxalq Bankın sabiq rəhbəri yaxın adamı Mehdi Əliyevi sözügedən MMC-yə direktoru təyin edib. Mehdi Əliyev Beynəlxal Bankla bağlı “kredit qalmaqalı”na görə həbs olunub.
MMC-nin işçiləri deyir ki, Mehdi Əliyev “Azərinşaatservis”ə rəhbər təyin olunandan sonra xeyli peşəkar kadrı işdən uzaqlaşdırıb. Şirkəti uçuruma sürükləyib. Onun həbsindən sonra isə işçilərə maaş verilmir. Bundan başqa “Azərinşaatservis”lə müqavilə əsasında işləyən şirkətlərdə ödənişlər edilmir. İşçilər deyir ki, belə şirkətlərdən biri “İnter securty” mühafizə şirkətidir. Məlumat üçün deyək ki, bu şirkət də Cahangir Hacıyevə məxsusdur. Şirkətin rəhbəri isə İbrahim Hüseynov adlı şəxsdir. “İnter securty”nin işçilərinə də 3 aydır maaş verilmir.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın