Menu
Geri İrəli

“Cavabımız dağıdıcı olacaq, düşməni tam məhv edəcək” – Zakir Həsənov

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Oktyabr 2016 • Baxış sayı: 306 dəfə • Şərh yoxdur

“Aprel döyüşləri qarşı tərəf üçün birdərs olmalı idi. Lakin, görünür onlar bu zərbədən nəticə çıxarmayıblar. Düşmənin növbəti təxribatına veriləcək cavab daha dağıdıcı və sarsıdıcı olacaq, onu tam məhv edəcək”.

ATV.az xəbər verir ki, ön cəbhədə şəxsi heyətlə görüşən müdafiə naziri Zakir Həsənov bu bəyanatla çıxışe dib. O qeyd edib ki, Azərbaycanın səylərinə baxmayaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin həlli istiqamətində heç bir müsbət addım atmır.

“Düşmənin qeyri-konstruktiv mövqeyinə görə danışıqlarda irəliləyiş əldə olunmur, beynəlxalq hüquq pozulur. Ali Baş Komandanın qeyd etdiyi kimi, Ermənistan öz çirkin taktikasını işə salaraq, yenə də istəyirki, bu məsələ dünya gündəliyindən çıxsın, vaxt uzansın. Biz buna imkan verməməliyik və bu münaqişə tezliklə həllini tapmalıdır. Cəbhə xəttində düşmənin təxribatları davam edir və daim artmaqdadır. Ordumuz bu təxribatların qarşısını qətiyyətlə alır və daha sərt cavab tədbirləri həyata keçiriləcəkdir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın