Menu
Geri İrəli

Cavid Qurbanov: “Bakı-Sumqayıt sərnişin qatarında qiymət artımına əlim gəlmirdi”

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Mart 2017 • Baxış sayı: 903 dəfə • Şərh yoxdur

1490954908“Bakı-Sumqayıt sərnişin qatarının gediş tariflərində cüzi artım olub. Düzü, qiymət artımına əlim gəlmirdi, ancaq məndən asılı olmayan səbəblər də var”.

Bunu açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Cavid Qurbanov martın əvvəlində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tariflərində baş vermiş qiymət artımına münasibət bildirərkən deyib.

“Bakı-Sumqayıt istiqamətində dəmir yolu ilə 1 sərnişinin daşınmasının maya dəyəri 3 manat təşkil edir. Tarif artımı isə minimal olub. Əhalini də çox yaxşı başa düşürük. Doğrusu, qiymət artımının olmasına əlim gəlmirdi. Lakin xərclərimiz çoxdur, məndən asılı olmayan səbəblər də var. Məsələn, enerji haqqının məbləği yüksəlib və s. Ucuz qiymət olduqda da göstərilən xidmət keyfiyyətsiz olur. Mən isə yaxşı xidmət göstərmək istəyirəm”, – deyə C.Qurbanov əlavə edib.

Xatırladaq ki, martın 3-dən etibarən xidmət xərclərinin balanslaşdırılması məqsədilə Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı Tarif Şurası tərəfindən hər xidmət sinfi üzrə 20 qəpik artırılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın