Menu
Geri İrəli

Cəbhədə gərgin gecə – Düşmən itki verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Fevral 2017 • Baxış sayı: 553 dəfə • Şərh yoxdur

Fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib.

“Qafqazinfo”nun Müdafiə Nazirliyinə istinadən məlumatına görə, düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın