Menu
Geri İrəli

Cəbhədə kameralar quraşdırılacaq? – ŞƏRH

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyun 2016 • Baxış sayı: 446 dəfə • Şərh yoxdur

tahir mirkishili“Ermənistan-Azərbaycan cəbhə xəttində kameraların quraşdırılması və insidentlərin araşdırılması məsələsi də əslində nəticələrin araşdırılmasına hesablanmış addımlardır.

Biz isə belə hesab edirik ki, ilk növbədə Dağlıq Qarabağdakı insidentin mövcud səbəbi aradan qaldırmaq lazımdır”.

Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, deputat Tahir Mirkişili deyib.

Deputat bildirib ki, cəbhə xəttində nəzarət kameralarının quraşdırılması ilk növbədə çox böyük maliyyə vəsaiti tələb edir.

Tahir Mirkişili hesab edir ki, Ermənistan işğal etdiyi ərazilərdən qoşunlarını çıxarmasından sonra kameralar quraşdırıla bilər:

“Kamera məsələsi ilk növbədə texnoloji və maliyyə baxımından kifayət qədər vəsait tələb edir. Artıq bu vəsaitin tapılması istiqamətində çox ciddi problemlər yaranıb. Çünki vəsaitin mənbəyi hələ də bəlli deyil.

Kameraların quraşdırılması indi o qədər də aktual deyil. Daha aktual odur ki, kameraların quraşdırılması o zaman yaxşı olar ki, işğal olunmuş bütün ərazilərdən Ermənistan qoşunları çıxarılsın.

Ermənistan Azərbaycanın işğal altındakı ərazilərinin geri qaytarsın bundan sonra isə sülh bərqərar olandan sonra kameraları da quraşdırmaq və insidentləri araşdırmaq da mümkündür”.

Deputat bildirib ki, artıq Ermənistan neçə illərdir ki, beynəlxalq hüququn bütün prinsiplərini kobud şəkildə pozur. Belə olan halda təmas xəttində hansısa kamera quraşdırılmasından söhbət belə gedə bilməz.

 “Azərbaycanın birmənalı mövqeyi odur ki, status-kvo dəyişilməlidir. Artıq ATƏT-in həmsədr dövlətləri də bu prinsipi qəbul etməlidirlər.

Status-kvonun dəyişilməsi deyəndə işğal olunmuş ərazilərdə Ermənistan qoşunlarının çıxarılması nəzərdə tutlur. Ermənistanın bu günkü addımları mövcud status kvonun saxlanılmasıdır”.

 Ağa AKİFOĞLU

Facebook Şərhləndirmə:

Şərhinizi yazın