Menu
Geri İrəli

“Cənab nazir, bu lap ağ eləmək oldu axı” – Novruz Məmmədov

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyun 2016 • Baxış sayı: 333 dəfə • Şərh yoxdur
Share Button

trend_novruz-mammadov_270515_1 (1)

“Nalbandyan əvvəlki ampluasındadır. Mərhələli həll variantını dərhal paket variantı elədi”.

Bu fikirləri Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. O, bu yolla Ermənistan Xarici işlər naziri Edvard Nalbandyanın prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində razılıq əldə edilməsi ilə bağlı xəbərləri təkzib etməyinə münasibət bildirib.

Novruz Məmmədov Nalbandyanın mərhələli həll variantını istisna etməyinə qarşı sərt mövqe tutub:

“Görəsən, görüşün digər iştirakçıları qarşısında yalanına görə utanacaqmı? Mənim görüşdə iştirakıma gəldikdə isə – bəs düz qarşımda oturan o deyildi? Cənab nazir, yalan-yalan, bu lap ağ eləmək oldu axı”.

Qeyd edək ki, Novruz Məmmədov ANS-ə açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunduğunu bildirib, Nalbandyan isə bunu təkzib edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın