Menu
Geri İrəli

Ceyhun Mirzəyevin həyat yoldaşı vəfat etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyun 2015 • Baxış sayı: 403 dəfə • Şərh yoxdur

Azərbaycanın tanınmış aktyoru, “Fəryad” filminin rejissoru mərhum Ceyhun Mirzəyevin həyat yoldaşı Lidiya Mirzəyeva dünən dünyasını dəyişib.

Lent.az-ın məlumatına görə, bu barədə modern.az saytına kinoşünas Aydın Dadaşov məlumat verib. O, bildirib ki, mərhum Lida xanımın hüzr mərasimi bu gün saat 12-də Hüseyn Cavid parkının yaxınlığındakı məhəllədə keçiriləcək.

Mərhum Lidiya Mirzəyeva əvəllər ədliyyə sistemində işləyib, baş ədliyyə müşaviri olub.

Ceyhun və Lidiya Mirzəyevlər 1973-cü ildə ailə qurublar və Cəmilə adlı bir qızları dünyaya gəlib.

“Fəryad” filmi mərhum Ceyhun Mirzəyevin həm rejissor, həm də aktyor kimi son ekran işi olub. C.Mirzəyev 1993-cü il martın 5-də (47 yaşının tamamına 1 ay qalmış) vəfat edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın