Menu
Geri İrəli

Ceyhun Musaoğlu ailəsi ilə qəzaya düşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyun 2017 • Baxış sayı: 179 dəfə • Şərh yoxdur

ceyhunTanınmış jurnalist, Azərbaycan Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu (Musayev) avtomobil qəzasına düşüb.

sumqayitxeber.com Report-a istinadən xəbərinə görə, hadisə Dərnəgül şossesində qeydə alınıb.

Belə ki, C.Musaoğlunun idarə etdiyi “KİA” markalı avtomobil digər maşınla toqquşub. Nəticədə “KİA” bir neçə dəfə aşıb.

Hadisə zamanı avtomobildə olan C.Musaoğlunun həyat yoldaşı başından xəsarət alıb. Onun özü və qızı isə yüngül bədən xəsarətləri alıb. Onlar xəstəxanaya aparılıb. Orada yaralılara ambulator yardım göstərilərək evə buraxılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın