Menu
Geri İrəli

Çin şirkətlərinin Sumqayıt Kimya Sənaye Parkında fəaliyyəti üçün geniş potensial mövcuddur

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Mart 2016 • Baxış sayı: 647 dəfə • Şərh yoxdur

1456912551266483524_1000x669Çin şirkətlərinin Azərbaycanda yaradılan Sumqayıt Kimya Sənaye Parkında fəaliyyəti üçün geniş potensial mövcuddur.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikir Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Xun Tsyuin ilə görüşündə səsləndirilib.

Görüşdə Ş.Mustafayev Azərbaycan ilə Çin arasında siyasi-iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çin Xalq Respublikasına rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində xüsusi rolunu vurğulayıb.

Azərbaycan-Çin iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə Ş.Mustafayev qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu bildirib. Çin ilə sənaye, kimya, kənd təsərrüfatı, turizm, İKT və digər sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Bundan başqa, Çin şirkətlərinin Azərbaycanda yaradılan Sumqayıt Kimya Sənaye Parkında fəaliyyəti üçün də geniş potensial mövcuddur.

Çinin ölkəmizdəki səfiri Xun Tsyuin ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, Azərbaycan Respublikası Prezidentinin ötən il Çinə səfəri çərçivəsində keçirilmiş görüşlərin və imzalanmış sənədlərin ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. Səfir Xun Tsyuin iqtisadi əlaqələrin inkişaf perspektivlərinə dair fikirlərini bölüşüb, görüşdə səsləndirilən təkliflərin potensial investorlara çatdırılacağını bildirib.

Ş.Mustafayev Çin Xalq Respublikasının kommersiya nazirini və iş adamlarını ölkəmizə səfərə dəvət edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın