Menu
Geri İrəli

“Coca-Cola”dan əhalini təşvişə salan “WhatsApp” mesajıyla bağlı AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2017 • Baxış sayı: 2,469 dəfə • Şərh yoxdur

0d640a83b42b2eb6f059aad91d7a92d5Coca-Cola” şirkəti bu gün yüzlərlə insana “WhatsApp” mesajı kimi göndərilən və əhali arasında təşviş yaradan xəbərlə bağlı açıqlama yayıb.

Şirkətdən Lent.az-a göndərilən açıqlama bildirilir:

“Azərbaycan Coca-Cola Bottlers olaraq bildiririk ki, sosial şəbəkələrdə guya şirkətimizin hansısa əməkdaşının QİÇS (AİDS) virusuna yoluxduğu və qanını “Coca-Cola” içkisinə qatdığı barədə yayılan səsli mesaj uydurmadır və heç bir əsası yoxdur. “Coca-Cola” məhsullarının istehsalı beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun olaraq davam edir və insan sağlamlığı üçün tam təhlükəsizdir”.

Qeyd edək ki, yüzlərlə “WhatsApp” istifadəçisinin telefonuna göndərilən səsli mesajda bildirilirdi ki, adıçəkilən şirkətin bir əməkdaşı QİÇS virusuna yoluxub və qanını qəsdən “Coca-Cola”lara axıdıb. Həmçinin o da bildirilir ki, hazırda şirkət bütün mağazalardan “Coca-Cola” işçilərini təcili şəkildə yığışdırır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın