Menu
Geri İrəli

“Coca-cola”nı damarına vuran azərbaycanlı gəncin ŞOK İNTİHARI

Müəllif: sumqayitxeber.com • Tarix: 19 May 2016 • Baxış sayı: 458 dəfə • Şərh yoxdur

intiharAğcabədi rayonunda “Coca-cola” içkisindən zəhərlənərək baş verən ölüm hadisəsinə  Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinidən münasibət bildirilib. Mərkəzin şöbə müdiri İmran Abdullayev Modern.az saytına açıqlamasında bildirib ki, ilkin məlumata görə, Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirov içkinin içərisinə dərman ataraq öz venasına vurub.

“Bu, içkini qəbul etməklə başa gələn ölüm hadisəsi deyil. Onun zəhərləyici komponenti yoxdur. İlkin məlumata görə, cavan oğlan kiməsə hirslənib narazılığı olub, “Coca cola”nın içərisinə dərman atıb və sonra onu da damarına vurub. Rayon şöbəsindən verilən ilkin məlumata görə, mayeni damarına vurub”.

Mayın 17-də Ağcabədi rayonunun Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirov “Coca-cola” içkisindən zəhərlənmə ilə xəstəxanaya gətirilib və mayın 18-də orada ölüb.

Aytən ZƏHRA

Facebook Şərhləndirmə:

Şərhinizi yazın