Menu
Geri İrəli

Çovdarov jurnalistlərin məhkəməyə buraxılmasını tələb edib

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Yanvar 2017 • Baxış sayı: 434 dəfə • Şərh yoxdur
Share Button

covdarov-mehkeme2Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Lent.az-ın məlumatına görə, iclas Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Proses başlamazdan əvvəl jurnalistlərə açıqlama verən Çovdarovun vəkili Kamandar Nəsibov bildirib ki, müdafiə etdiyi şəxs ötən proses zalda olan jurnalistə irad bildirib: “Həmin adam da dedi ki, zərərçəkmiş şəxsin nümayəndəsiyəm. Bu zaman Çovdarov dedi ki, həmin şəxs məhkəmədə olanları qərəzli yazır. Ona görə digər jurnalistlər də zala buraxılsın. Bizim də ötən proseslərdə bununla bağlı vəsatətlərimiz olub. Hakim Həbib Həsənov isə bildirib ki, jurnalistlərin zala buraxılmamasına heç bir məhdudiyyət yoxdur”.

Vəkilin açıqlamasından sonra jurnalistlər məhkəməyə daxil olmaq istəsə də, girişdə olan nəzarətçilər onları buraxmayıb. Bildiriblər ki, hakim jurnalistlərin zala buraxılmaması haqqında göstəriş verib.

Proses başlayanda vəkillər jurnalistlərin yenə də zala buraxılması ilə bağlı Həbib Həsənova müraciət edib. Hakim isə bildirib ki, nəzarətçilərə elə bir göstəriş verilməyib.

Hazırda proses davam edir.

Qeyd edək ki, Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

İstanbul polisi azərbaycanlı qanuni oğru Hacı Beyləqanski ləqəbli Hacıbaba Talıbxanlını həbsdən azad edib.

Lent.az Rosbalt-a istinadən xəbər verir ki, bu barədə agentliyə mötəbər mənbədən məlumat daxil olub.

Məlumata görə, Hacı Beyləqanski Qoca Bakinski ləqəbli Əlibala Həmidovun qətlində ittiham olunurdu: “Hacı Beyləqanski Rövşən Lənkəranskinin sağ əli sayılırdı. Rövşən öldürülən gün də onun yanında olmuşdu. Mərhumun cənazəsini Azərbaycana da o müşayiət etməliydi. Amma İstanbul polisi onu aeroportdaca həbs etmişdi” – deyə məlumatda bildirilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın