Menu
Geri İrəli

Daha bir NİDA-çı istefa verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyun 2016 • Baxış sayı: 162 dəfə • Şərh yoxdur

49A18250-8D5D-4BDA-A06D-08AC56EEF0F3_w640_r1_cx9_cy11_cw74_s

Daha bir NİDA-çı gənc fəal təşkilatdan istefa verib. Prezident İlham Əliyevin son əfv sərəncamı ilə azadlığa çıxan Ömər Məmmədov təşkilatdan çıxdığını facebook hesabında bəyan edib. O, həyasızlarla bir təşkilatda ola bilməcəyini vurğulayıb.

Təşkilatın keçmiş İdarə Heyətinin üzvü Rəşadət Axundov isə son günlər baş verən istefalara sosial şəbəkə hesabından münasibət bildirib. O, istefaların normal olduğunu qeyd edib: “Təşkilata gələnlər olduğu kimi gedənlər də mütləq olacaq. NİDA dibi bataqlığa çevrilmiş göl deyil. Bol sulu, sürətli axan çaydır. Bu çaya bitişən və ayrılan çoxlu qollar, kanallar, arxlar olacaq. Prosesin mahiyyəti budur. Əsas odur ki, bu çay mənbəyini və mənsəbini itirməsin. NİDA Azərbaycanın fəal gəncliyinin lokomotivi olsa da, bu ölkədə haqq-ədalət uğrunda mübarizə təkcə bu təşkilatın sərhədləri və çərçivəsində məhdudlaşmır. NİDA-dan kənarda da mübarizəni davam etmək olar. Ayrılan dostlardan mən yalnız bunu umuram”.

Qeyd edək ki, təşkilatda son aylar istefalar davam edir.

Günel Türksoy

Facebook Şərhləndirmə:

Şərhinizi yazın