Menu
Geri İrəli

“DəmirBank” ASC Sumqayıt filialı üzrə “Satış məsləhətçisi” vəzifəsinə işəqəbul ELAN edir

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Avqust 2017 • Baxış sayı: 357 dəfə • Şərh yoxdur
Share Button

“DəmirBank” ASC Sumqayıt filialı üzrə “Satış məsləhətçisi” (əməliyyatçı-xəzinədar) vəzifəsinə işəqəbul elan edir.

28 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Fiziki şəxs olan müştərilərə bank məhsul və xidmətlərininin, o cümlədən istehlak kreditləri, plastik kartlar, pul köçürmələri və s. satışının həyata keçirilməsi;
• Müştərilərdən depozitlərin cəlb edilməsi;
• Müştərilərə bank hesablarının açılması və hesab üzrə əməliyyatların həyata keçirilməsi;
• Müştərilərin profilinə və seqmentinə uyğun olaraq çarpaz satışların həyata keçirilməsi;
• Məhsul və xidmətlərin satışı üzrə sənədləşdirmə və rəsmiləşdirmə işlərinin həyata keçirilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili arzuolunandır;
• Məsuliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
• Satış qabiliyyətinə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmalı;
• Müvafiq sahədə iş təcrübəsinin olması üstünlükdür.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 sentyabr 2017-ci il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət məktubunuzun mövzu hissəsində Satış məsləhətçisi (Sumqayıt) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın