Menu
Geri İrəli

Deputat “Qarabağ”ın oyununa bilet almaq üçün 4 saata yaxın növbədə durdu – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2017 • Baxış sayı: 247 dəfə • Şərh yoxdur

1504876054_8“Bu gün düz 3 saat 50 dəqiqə növbədə durduqdan sonra “Qarabağ” – “Roma” futbol oyununa bilet aldım”.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə bildirib.
Millət vəkilinin sözlərindən belə bəlli olur ki, o, bilet satışının təşkilindən narazı qalıb: “Bileti “ASAN Xidmət”in Yasamal filalının binasında yerləşən bilet kassasından əldə etdim. Növbə böyük idi, hətta xarici ölkə vətəndaşları da bilet alırdılar. Bilet satışını həyata keçirən firma bunu daha yaxşı təşkil edə bilərdi. Yüzlərlə insana cəmi bir satıcı qız xidmət edirdi. İki dəfə printer xarab oldu, növbədəkilər birində 40 dəqiqə, ikincisində isə 20 dəqiqə onun düzəlməyini gözləməli oldular”.
Bununla belə, A.Mirzəzadə hesab edir ki, satıcı qıza xüsusi təşəkkür düşür: “O, çox səbirlə işləyirdi və böyük növbəyə görə nahara getmədi”.

Qeyd edək ki, Ağdamın “Qarabağ” futbol klubu Çempionlar Liqasının qrup mərhələsində ilk ev oyununu sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçirəcək. Həmin gün Qurban Qurbanovun yetirmələri “Roma” ilə qarşılaşacaqlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın