Menu
Geri İrəli

Deputatdan MTN-də işləmiş kürəkəninin həbs xəbərinə – Reaksiya

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Noyabr 2015 • Baxış sayı: 223 dəfə • Şərh yoxdur

siaphoto_344983

Millət vəkili Astan Şahverdiyevin kürəkəni Qaçay Nəcəfovun həbs edilməsi ilə bağlı məlumat yayılıb.

Q.Nəcəfovun adı “MTN işi”ndə hallanır və bu səbəbdən o, dünən həbs edilib.

A.Şahverdiyev kürəkəninin Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı olduğunu təsdiqləsə də, onun nazirlikdəki işi ilə çoxdan vidalaşdığını və həbsi ilə bağlı xəbərlərin əsassız olduğunu bildirib:

“Kürəkənim 1 il 6 ay əvvəl nazirlikdəki haqsızlığa dözməyərək öz ərizəsi ilə Milli Təhlükəsizlik Nazirliyindəki işindən ayrılıb. O, yarım saat əvvəl uşaqlarını məktəbdən gətirib. Ona görə də bu yayılan məlumatların heç bir əsası yoxdur.

Bu xəbəri yayanlara demək istəyirəm ki, insanı şərləmək olmaz. Mənim ailəm, kürəkənim, yoldaşım, övladlarım və nəvələrim pak və təmiz insanlardırlar. Biz ailəlikcə dövlətə və dövlətçiliyə sadiqik”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın