Menu
Geri İrəli

Deputatdan nazirlərə çağırış: Biznes klasdan imtina edin

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Aprel 2016 • Baxış sayı: 132 dəfə • Şərh yoxdur

fail-mustafaDünya praktikası göstərir ki, böhranlı şəraitlərdə parlament üzvləri, həmçinin nazirlər dövlət büdcəsi hesabına gerçəkləşdirilən uçuşları biznes klasda deyil, ekonom klasda edirlər.

Milli Məclisin deputatı Fazil Mustafa Modern.az saytına deyib ki, istər deputatların, istərsə də yüksək vəzifəli şəxslərin biznes klasda deyil, ekonom  klasda uçması hər cəhətdən yaxşı olar:

“Mən əminəm ki, bunun bizim əhval-ruhiyyəmizə təsiri olmayacaq. Ümumiyyətlə, ölkə istər zəngin olsun, istər kasıb olsun, insanların diferensasiyasına çox yol verilməməlidir.

İnsanın daşıdığı status xidmət üçün vacibdir. Amma xüsusi imtiyaz, başqasından fərqlənmək üçün belə bir məsafənin qoyulmasını doğru hesab etmirəm”.

Deputat bildirib ki, imkanı olan birinə “sən biznes klasda uşma” demək də doğru deyil:

“Hamının belə bir təyyarədə uçmasına normal baxıram. Amma kimsə tutaq ki, biznesmendir, pulu çoxdur və biznes klasda uçursa, ona söz demək düzgün olmaz.

Amma hər halda məsələyə o konteksdən yanaşıram ki, belə fərqlənmək yaxşı hal deyil.

Hətta nazirlərimizin və nazir səviyyəsində olan məmurlarımızın da ekonom sinif təyyarələrdən istifadə etməsi müsbət addım olardı. Nazirlərimiz də biznes klasdan imtina edib, ekonom klasda uçmağı seçərlərsə, inanıram ki, bu cəmiyyət tərəfindən də müsbət qarşılanar və yaxşı nümunə olar”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın