Menu
Geri İrəli

Devalvasiya ilə bağlı daha bir – Proqnoz

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2016 • Baxış sayı: 463 dəfə • Şərh yoxdur

dollar-kreditXəbər verdiyimiz kimi, Dünya Bankı manatla bağlı proqnozunu açıqlayıb. “Qafqazinfo”nun məlumatına görə, proqnozda qeyd olunur ki, Azərbaycan kimi iri valyuta ehtiyatlarına malik olan ölkələr fiskal konsolidasiyaya təzyiqlə üzləşir. Azərbaycan hökuməti ortamüddətli perspektivdə fiskal vəziyyətin pisləşməsinin qarşısını almaq üçün manatı devalvasiya etməli olacaq.

Beləliklə, proqnoz onu deməyə əsas verir ki, ölkədə yenidən manatın üçüncü dəfə devalvasiyasının baş verməsi ehtimalı gözləniləndir.

Dünya Bankının sözügedən proqnozu ilə bağlı “Qafqazinfo”ya açıqlama verən iqtisadçı ekspert Azər Mehtiyev qeyd edib ki, manatın taleyi ölkəyə valyuta daxil olmasından asılıdır: “Ölkəyə də bu gün valyuta gətirən məhsul neftdir. Neftin dünya bazarında qiymətinin dəyişməsi təbii ki, manatın taleyini həll edir. Azərbaycanda son illər qeyri- neft sektorunun inkişafından danışılsa da, təəssüf ki formalaşmış və ölkəyə valyuta gətirə bilən qeyri- neft sektoru yoxdur. Neftdən asılılıq da manatı çox ciddi təzyiq altında saxlayır. Qarşıdan gələn dövr ərzində neftin qiymətində sabitləşmə 40-50 dollar arasında olsa da, bu, uzunmüddətli dövr üçün ölkəyə bəs etmir. Çünki ortada böyük xərclər var. Təbii ki dollara tələbat artdıqca manata təzyiq güclənəcək”.

İqtisadçı xatırladıb ki, ilin əvvəlində olan qeyri- müəyyənlikdən çıxmaq üçün ölkə inzibati vasitələrdən istifadə edib iqtisadi fəallığı aşağı salaraq dollara tələbatı azaldıb: “Ancaq getdikcə dollara tələbar artır. Təlabat artdıqca da manata təzyiq güclənir. Eyni zamanda ötən ildən üzübəri baş verən proseslər göstərir ki, ölkənin iqtisadi fəallığının gücləndirilməsi, investisiyaların artırılması, əhalinin istehlakının gücləndirilməsi istiqamətində atılan addımlar real nəticə vermir. Bu da qarşıdan gələn dövr üçün yenidən manatı sınağa çəkəcək. Ölkə iqtisadiyyatının vəziyyəti qarşıdan gələn dövr üçün manatın sabitliyinin qorunub saxlanılmasını çətinləşdirəcək. Bu baxımdan hadisələrin bu gedişatı manata xoş gələcək vəd etmir”.

A. Mehtiyev üçüncü devalvasiyanın vaxtını da deməyin çətin olduğunu vurğulayıb: “Çünki ölkədə baş verən proseslər iqtisadi deyil, daha çox siyasi və inzibati müstəvidə baş verdiyindən proqnoz vermək çətindir. Ancaq manatın sabit qala bilməyəcəyi gözləniləndir. Bu baxımdan manatın məzənnəsinin aşağı düşməsi meyli bundan sonra davamlı olacaq”.

Günel Türksoy

Facebook Şərhləndirmə:

Şərhinizi yazın