Menu
Geri İrəli

Dilqəm Əsgərova atasının ölüm xəbəri çatdırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyun 2017 • Baxış sayı: 272 dəfə • Şərh yoxdur
Share Button

dilqem2017_1489817742_1496679611Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərova atasının vəfat etməsi ilə bağlı məlumat verilib.

Bu barədə AzVision.az-a Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

“Babamın vəfat etməsini atama məktubla bildirdik. Atam babamı çox istəyirdi. Həmişə məktublarında onu soruşurdu. Deyirdi ki, “atamdan muğayət olun”. Biz isə onun ölüm xəbərini göndərdik. Həmin vaxtdan bəri atamdan heç bir məlumat almamışıq. Artıq bir neçə aydır ki, atama heç kim baş çəkməyib” – deyə K. Əsgərov qeyd edib.

Qeyd edək ki, Dilqəm Əsgərovun atası Qardaşxan Əsgərov ağır xəstəlikdən sonra bu ilin mart ayında vəfat edib.

Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma “məhkəmə”nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın