Menu
Geri İrəli

DİN mətbuat xidmətinə yeni rəis müavini təyin edilib –

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2017 • Baxış sayı: 240 dəfə • Şərh yoxdur

orxan1Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub.

APA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə tutduğu vəzifədən azad edilərək mətbuat xidməti rəisinin müavini təyin edilib. Onun yerinə isə hələlik təyinat yoxdur.

Qeyd edək ki, O. Mansurzadə 1995-ci ildən daxili işlər orqanlarında xidmət edir. Son yeddi ildə isə o DİN-in mətbuat xidmətində şöbə rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib. Onun yerinə mətbuat xidmətinin rəis müavini olmuş, polis polkovniki Ehsan Zahidov təyinat alıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın