Menu
Geri İrəli

DİQQƏT: Hərbi xidmətdə olanlar iyulun 30-na qədər… – POLKOVNİK AÇIQLADI

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyul 2017 • Baxış sayı: 833 dəfə • Şərh yoxdur

esger2Təxris olunması gözlənilən hərbçilərimizin bir hissəsi evlərinə buraxılmayıb. Onlara bir müddət hərbi hissədə qalacaqları barədə məlumat verilib.

BAKU.WS-in məlumatına görə, bununla bağlı metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, son bir neçə ildir təxlis zamanı hərbçilərinin hamısı birdəfəlik buraxılmır:

“Hərbçilər 3-4 qrupa bölünüb, ayrı-ayrı vaxtlarda təxlis edilir. Bu, nədən irəli gəlir? Bilirsiniz ki, hərbi komisarlıqlardan hərbi hissəyə gələn çağırışçılar qrup şəklində gəlirlər. Yəni, hamısı bir zamanda gəlmir. Bizim əsas hərbi hissələrimiz cəbhə bölgəsində yerləşir. Cəbhə bölgəsində yerləşən hərbi hissələr çağırışçılar gəlmədən hərbçilərini buraxarsa, boşluq yaranacaq. Ona görə də, mərhələli şəkildə təxlis olunma həyata keçirilir.

Təbii bir prosesdir

Bilirsiniz ki, Ali Baş Komandanın əmri ilə iyulun 1-dən 30-dək çağırış dövrüdür. Eyni zamanda, ayın 30-dək xidmət etmiş hərbçilər evə buraxılacaqlar. Ona uyğun hazırda müəyyən bir qrafik qurulub. Gənc əsgərlər hərbi hissəyə gəldikcə, digər hərbçilər təxlis olunurlar. Hərbi hissələrdə gecikmə bununla bağlıdır. Onları hanısa bir səbəbdən hərbi hissədə saxlamağa ehtiyac yoxdur”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın