Menu
Geri İrəli

DİQQƏT! İşə qəbulda dövlət dilindən imtahan götürülməsi təklif edilir

Müəllif: sumqayitxeber.com • Tarix: 24 May 2017 • Baxış sayı: 337 dəfə • Şərh yoxdur
Share Button

exam_070414Azərbaycanda dövlət müəssisələrinə işə qəbul zamanı azərbaycanlılardan və entik qruplardan dövlət dilindən lazımi səviyyədə imtahanın götürülməsi və inşanın yazılması təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə Azərbaycan Milli Elml­ər Akademiyasının (AMEA) Rəy­asət Heyətinin iclası­nda çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli çıxış edib.

Ana dilimizin saflığının qorunması üçün təkliflərini açıqlayan T.Kərimli deyib ki, küçə reklamlarında, elan, afişalarda və s. dil pozuntularının aradan qaldırılması üçün Dilçilik İnstitutunun monitorinq şöbəsinin verdiyi məlumatlar əsasında cərimələrin tətbiq edilməsi mexanizmi hazırlansın və bu məqsədlə yuxarı instansiyalara müraciət edilsin.

Bundan başqa, Azərbaycan dilinin orfoepiya lüğətin təkmilləşdirilərək böyük tirajla çap edilsin və geniş kütlələr arasında yayılsın. Bundan başqa, orta ümumtəhsil və ali məktəblərdə ritorika fənninin keçirilməsi ilə bağlı Təhsil Nazirliyi ilə məsləhətləşmələrin aparılması təklif edilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın