Menu
Geri İrəli

Diqqət: Keçi əti böyrək və sidik kisəsi daşının tökülməsində çox təsirlidir

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Avqust 2016 • Baxış sayı: 216 dəfə • Şərh yoxdur
etEv heyvanlarının əti insan orqanizmini lazımi maddələrlə təmin edən qidalardan ən önəmlisidir. Mal əti həm qida maddəsi kimi, həm də müalicəvi-profilaktik baxımdan faydalıdır. Mal əti bədəni qüvvətləndirir, kökəldir, pəhriz məqsədilə münasibdir, sidikqovucu təsirə malikdir. Qoyun əti bədənə istilik verir, kökəldir, orqanizmi möhkəmləndirir, qan yaradır. Daxili üzvləri, o cümlədən ürək, böyrək və qaraciyəri möhkəmləndirir. Tam bişmiş toyuq əti orqanizm tərəfindən çox tez həzm olunur, təmiz qan yaradır. Cücə əti tez kökəldir, üzün rəngini yaxşılaşdırır, beyinin fəaliyyətini gücləndirir.
Ördək əti isə səsi saflaşdırır, qan yaradır, amma gec həzm olunur və baş ağrısı yaradır. Piyi öskürək üçün faydalıdır. Qaz əti və yumurtası çətin və gec həzm olunur. Arıqlıq, öskürək və sinə ağrısı hallarında yumurtasını ilıq bişirib yemək faydalıdır. İki yaşına qədər cavan dəvənin əti daha yaxşı hesab olunur. Ancaq bu ətdən çox istifadə etmək öd xəstəliyi törədir. Keçi əti də faydalıdır. Keçi piyi sürtmək ağrıları sakitləşdirir, soyuqdəyməni azaldır. Keçi əti böyrək və sidik kisəsi daşının tökülməsində çox təsirlidir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın