Menu
Geri İrəli

Dirçəlişimizin təəssübkeşi

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Noyabr 2017 • Baxış sayı: 293 dəfə • Şərh yoxdur
Share Button


heyder eliyev3Azərbaycanın Milli Dirçəliş Günü 17 noyabr, 1992-ci ildə elan olunmuşdur. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan milli azadlıq hadisələriylə bağlıdır. O vaxt, 1988-ci il noyabrın 17-də Azadlıq meydanında Qarabağ məsələsində respublika və SSRİ orqanlarının xalqımıza zidd siyasət apardıqlarına görə cəmiyyətin davamlı mitinqi başlanmışdı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

    “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər ötən 80-cı illərin sonlarından etibarən açıq şəkildə Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etməyə başladılar. Uzun illər münasib fürsət gözləyən erməni millətçiləri yaranmış vəziyyətdən məharətlə istifadə edib, bu dəfə də Azərbaycanın hesabına öz torpaqlarını genişləndirmək məqsədi ilə fəaliyyətə başladılar. Lakin Azərbaycan respublikasının Moskvaya xidmət edən rəhbərliyi yaranmış beynəlxalq şəraitdə qüvvələri düzgün qiymətləndirib, xalqı vahid, ümummilli platforma ətrafında mübarizəyə qaldıra bilmədi. Onun bağışlanmaz passivliyi və laqeydliyi nəticəsində Azərbaycanın suveren hüquqları tapdalandı. ərazısındə milli münaqişə ocağı alovlandırıldı, azərbaycanlılar öz dədə-baba torpaqlarında növbəti dəfə soyqırıma məruz qaldılar. Hadisələrin belə gedişi milli hərəkatın güclənməsinə təkan verdi. 1988-ci ilin əvvəllərində ilk kütləvi etiraz çıxışlara başlandı. Hərəkat həmin ilin sonunadək kortəbii xarakter daşıyırdı.

Xalq hərəkatının kortəbii mərhləsinin ən qızğın dövrü 1989-cu ilin noyabrın 17-dən başlandı. Xalq hərəkatının birinci-kortəbii mərhələsinin zirvəsi olan Meydan göstərdi ki, mövcud olan problemi mitinq və nümayişlərlə həll etmək olmaz, demokratikləşmə yolu ilə getmək, Moskvanın təyin etdiyi rəhbərlər əvəzinə demiokratik yolla xalqın nümayəndələrini seçmək, xalq birliyini təmin etmək, respublikanın suveren hüquqlarının qorunmasına nail olmaq lazımdır. Xalqın mənafeyini yalnız onun istədiyi, ona etimad etdiyi lider müdafiə edə bilər.

Kommunist elitası içərisində kəskin, gurultulu çıxışları ilə xalqın etimadını qazanmaq və hakimiyyətə gəlmək istəyənlər də vardı. Xalq isə Azərbaycanın üzləşdiyi taleyüklü problemləri həll etməyə qadir siyasətcinin Heydər Əliyev olduğunu dərk edərək, onun yenidən respublikaya rəhbər təyin olunmasını arzulayırdı. Minlərlə adam mitinq və nümayişlərə, xüsusən münaqişə bölgələrində Heydər Əliyevin portreti ilə çıxırdı.

1988-ci ilin sonlarında baş verən olaylar bir daha sübut edirdi ki, 70 il sovet imperiyasının əsarəti altında olan Azərbaycan xalq milli-mənəvi dəyərlərini unutmayıb və öz torpaqlarının qorunması uğrunda  bütün çətinliklərə sinə gərməyə hazırdır. Həmin dövrün təcrübələri götərirdi ki, xalqın birliyi qarşısında heç bir qüvvə dayana bilməz. 1993-cü ildə Azərbaycan ictimaiyyətinin təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümümmilli lider Heydər Əliyev müstəqilliyimizin əbədi və dönməz olması üçün həmrəyliyin böyük əhəmiyyət daşıdığını bildirdi: “Hamimiz əl-ələ verməliyik, hamımız birləşməliyik, hamımızda milli birlik hissi yaratmalıyıq. Milli deyəndə ümumi Azərbaycan məfhumunu deyirəm. Bu əsaslarda bütün problemləri aradan qaldırmalıyıq”.

Müstəqilliyimizin qorunub saxlanmasında, dirçəlişimizin daha da davamlı və məqsədyönlü olmasında ulu öndərimiz Heydər Əliyevin əvəzsiz xidməti olmuşdur. Artıq 14 ildir ki, bu kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev layiqincə davam etdirir. Xalqımız müstəqil Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni cəhətdən tərəqqisini məhz İlham Əliyevin ölkəyə rəhbərliyi ilə məmləkətimiz daha da çiçəklənəcək, xalqın güzəranı durmadan yaxşılacaq. Qarabağ düyünü onun səmərəli fəaliyyəti nəticəsində açılacaq, qaçqın və köçkün soydaşlarımız doğma ocaqlarına qayıdacaqlar.

Elmar Xəlilov,

Sumqayıt Dövlət Universitetinin dosenti, Tarix üzrə fəlsəfə doktoru

elmar xelilov

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın