Menu
Geri İrəli

Dollar bu gün neçəyədir? – rəsmi valtuya məzənnələri

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Dekabr 2016 • Baxış sayı: 325 dəfə • Şərh yoxdur
dollar5Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən “APA-Economics”ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 20-si ilə müqayisədə 0,3% artaraq 1,7575 manat təşkil edib.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,39% möhkəmlənərək 1,8300 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,06 bahalaşaraq   0,0287 manata yüksəlib.
Türkiyə lirəsinin məzənnəsi 0,46% möhkəmlənərək 0,4982 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1759 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,15%-lik artım baş verib.
Gürcüstan larisinin məzənnəsi də 0,41% geriləyərək 0,6261 manat olub.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın