Menu
Geri İrəli

Dollar bu gün neçəyədir? – rəsmi valyuta məzənnələri

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Dekabr 2016 • Baxış sayı: 452 dəfə • 2 şərh
dollar5Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən musavat.com-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 26-sı ilə müqayisədə dəyişməyərək 1,7622 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,21% zəifləyərək 1,8400 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl stabil qalaraq 0,0289 manat səviyyəsində qərarlaşıb.
Türkiyə lirəsinin məzənnəsi 0,02% zəifləyərək 0,5013 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1623 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,06%-lik azalma baş verib.
Gürcüstan larisinin məzənnəsi də 1,69% möhkəmlənərək 0,6546 manat olub.
Facebook Şərhləndirmə:

“Dollar bu gün neçəyədir? – rəsmi valyuta məzənnələri” yazısına 2 cavab

  1. Adil deyir:

    Əgər heç bir bank dollar satışını etmirsə
    deməli bu rəqəmlər süni rəqəmlərdir
    Doqrusunu qara bazar deyir

  2. Adil deyir:

    Həftədə bir neçə dəfə mərkəzi bankdan
    hərracda yerli banklar dollar alır,
    əgər satmırsa, bəs hara xərcləyirlər?
    Belə çıxır ki, Qara bazara yönəldirlər, Bu mənim fikrimdir.
    əgər alır və satmırsa
    mərkəzi bank satmayan banklara limit qoymalıdır
    ki, mərkəzi bankda dollar alışına tələbat da çox olmasın
    və onda mərkəzi bankın da valyuta ehtiyyatları biraz normallaşar

Şərhinizi yazın