Menu
Geri İrəli

Dollar qalxdı, avro düşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 31 İyul 2015 • Baxış sayı: 341 dəfə • Şərh yoxdur

avro dollarAzərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1.1514-dən 1.1488-ə düşüb.

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində iki günlük sabitlikdən sonra cüzi bahalaşma qeydə alınıb. Dollar 1.0493-manatdan 1.0495-ə qalxıb.

Rus rublunun məzənnəsində düşüş qeydə alınıb. Rubl 0.0179-dan 0.0176-ya kimi düşüb.

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.

01.01.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə “sıfırların silinməsi” də deyilir) həyata keçirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın