Menu
Geri İrəli

Dolların qiyməti “qara bazar”da qalxıb

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Dekabr 2016 • Baxış sayı: 380 dəfə • Şərh yoxdur

1465389667_2015-12-23-09-43-25dollar-yeni-6401Dünən axşam saatlarında Bakıda bəzi ərazilərdəki “qara bazar”da dolların qiyməti qaldırılıb.

sumqayitxeber.com xəbər verir ki, bu haqda məlumatı “Marja” yayıb. Sayta verilən məlumatda deyilib ki, “qara bazar”da dolların alış qiyməti 1.83 manata, satış qiyməti isə 1.8450 manata qalxıb.

Bundan əvvəl “qara bazar”da dolları 1.82 manata satmaq, 1.83 – 1.8350 manata almaq olurdu.

Dolların bahalaşması “qara bazara” qarşı aparılan mübarizə ilə bağlı ola bilər. Hökumət “qara bazara” dollar ötürən bankirləri aşkar etmək üçün hərəkətə keçib. Bu da bankların işləmədiyi gündə qanunsuz bazara verilən dolları azaldıb. Dolların az məbləğlərdə də olsa banklarda satılmasına nail olmağa çalışılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın