Menu
Geri İrəli

Dövlət idarəsini qarət edən sumqayıtlı 4 gənc tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Avqust 2016 • Baxış sayı: 1,179 dəfə • Şərh yoxdur
57205775Abşeronda, polis dövlət idarəsindən oğurluq etməkdə şübhəli bilinən dəstəni saxlayıb. Məlum olub ki, həmin idarənin əməkdaşı üç dostu ilə əlbir olub anbardan xeyli sayda boya və emulsiya oğurlayıb.

Gecə saatlarında dövlət idarəsinə məxsus anbar qarət edilib. Hadisə Abşeronda Xırdalan şəhərində baş verib. Rayon polis idarəsinə məlumat daxil olub ki, Abşeron rayon icra Hakimiyyətinin nəzdində olan İxtisaslaşdırılmış Təmir Abadlıq İdarəsinə məxsus anbar qarət edilib. Anbardan 33 ədəd emulsiya, xeyli boya, 10 ədəd kley, fırça və digər ləvazimatlar oğurlanmaqla dövlət əmlakına 2 min manata yaxın ziyan vurulub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis bu işdə şübhəli kimi elə həmin idarədə fəhlə işləyən Sumqayıt sakini Tural Hüseynovu saxlayıb. Dindirmə zamanı Tural əməlini etiraf edib. Amma o, bu işdə tək olmadığını deyib. Polis Tural Hüseynovla anbarın qapısını qırıb oğurluq edən Sumqayıt sakinləri – Qadir Əliyev, Vaqif Alıyev və Qorxmaz Həsənovu da saxlayaraq istintaqa cəlb edib.

Dindirmə zamanı dəstənin digər üzvləri də oğurluq planının Tural Həsənov tərəfindən hazırlandığını dedilər. Qeyd edək ki, saxlanılanlardan Qadir Əliyev əvvəllər də eyni əməlinə görə məhkum olunub.

Faktla bağlı saxlanılan şəxslər barəsində rayon polis idarəsində oğurluq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın