Menu
Geri İrəli

“Dövlət qulluğuna qəbul sadələşməlidir” – Məleykə Abbaszadə

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2017 • Baxış sayı: 449 dəfə • Şərh yoxdur

meleyke abbaszade“Dövlət qulluğuna qəbul sistemində islahatlara ehtiyac var”. Lent.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin rəsmi açılış mərasimində deyib.

M. Abbaszadə bildirib ki, layihə sənədlərinin işlənib hazırlanması 2016-cı il ərazində həyata keçirilib: “Bu, Dövlət İmtahan Mərkəzinin ilk beynəlxalq layihəsidir. Gələcəkdə layihənin tətbiqi sferasının genişlənməsi mümkün olacaq”. DİM sədri bildirib ki, bu layihə çərçivəsində beynəlxalq təcrübə alınaraq dövlət qulluğuna qəbul sistemini daha da inkişaf etdirməyə gərək var. Layihənin prinsiplərini sadalayan M.Abbaszadə deyib ki, bunlara dövlət idarəçilik islahatlarının strateji bazası. siyasi inkişaf və əlaqələndirmə, dövlət qulluğu və insan resurslarının idarəedilməsi, hesabatlılıq, xidmətlərin çatdırılması, dövlət maliyyələşməsinə nəzarət edilməsi daxildir.  M. Abbaszadə qeyd edib ki, dövlət qulluğuna qəbul sahəsində şəffaf seçim aparmaq üçün müvafiq hüquqi mühit yaradılıb və bu proses davam etməlidir: “Prosesdurlar sadələşməli, onların çevikliyi təmin olunmalıdır. Bu istiqamətdə işlər aparılacaq. Əvvəlki illərdə yüksək məvacibli özəl sektorlara daha çox üstünlük verilirdisə, son illər ərzində dövlət qulluğuna qəbulun şəffaf aparılması nəticəsində dövlət qulluğunda işləmək üçün müraciət edənlərin də sayı artıb”. DİM sədri onu da vurğulayıb ki, ölkədə ixtisasartırma tədris proqramı və təlim prosesinin yeni standartlara uyğunluğu da vacib bir məsələdir və layihə bu işdə də mühüm rola oynayacaq.

M. Abbaszadə bildirib ki, yeni ali məktəblərin yaradılması gələcəkdə təhsilin məzmununun müasir standartlara cavab verməsinə ümid verir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın