Menu
Geri İrəli

Dövlət qulluğunda iş axtaranların nəzərinə – Müsahibə var

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyul 2017 • Baxış sayı: 793 dəfə • Şərh yoxdur
Share Button

imtahan2Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir.

DİM-dən Lent.az-a verilən məlumata görə, ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu iyulun 24-dən avqustun 14-ü saat 18:00‑dək Dövlət İmtahan Mərkəzi (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) tərəfindən aparılır.

Sənədlər şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək), yaxud poçt vasitəsilə Mərkəzə təqdim edilə bilər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın