Menu
Geri İrəli

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə- qəbul imtahanlarının vaxtı bilindi

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyul 2017 • Baxış sayı: 750 dəfə • Şərh yoxdur
Share Button

imtahan2Dövlət qulluğuna qəbulla əlaqədar sınaq imtahanları və təlim prosesinin keçirilməsinə sentyabrdan başlamaq nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə deyib.

Onun sözlərinə görə, oktyabrda isə sertifikasiyaya aid olan yeni test imtahanının keçirilməsi nəzərdə tutulur: “İmtahanın necə keçiriləcəyi indi müzakirə edilir. Bu, kifayət qədər mürəkkəb prosesdir. Müxtəlif təsnifatlara aid olan ixtisaslarla bağlı hazırda müzakirələr aparılır. Təbii ki bu modellə əlaqədar ilk hüquqi imtahan keçirməmişdən əvvəl dövlət qulluğu ilə bağlı sınaq imtahanları və təlimlər keçirəcəyik”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın