Menu
Geri İrəli

Dövlət qurumlarında iş saatı dəyişdirilə bilər – YENİ TƏKLİF

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Dekabr 2016 • Baxış sayı: 1,191 dəfə • Şərh yoxdur

90520e0a740e72eabfae327104f2f563“Bakı şəhərində iş saatının dəyişdirilməsi ilə bağlı müvafiq orqanlara təkliflərimizi göndərmişik”.

“APA-Economics” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli rəhbərlik etdiyi qurumun 1 illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

V. Kərimlinin sözlərinə görə, paytaxt yollarında yaşanan problemlərdən biri bütün müəssisələrdə – istər dövlət, istərsə də özəl təşkilatlarda iş vaxtının saat 09:00-da başlamasıdır. “Təklif etmişik ki, iş vaxtının başlaması 08:00, 08:30 və ya 09:30 götürülsün. Bunun üzərinə ciddi iş gedir. Biz bunu ilkin olaraq dövlət qurumlarında tətbiq etməyə nail olmaq istəyirik. Əgər təklif müsbət dəyərləndirilsə, saat 09:00-dan öncə yollarda yaşanan tıxac probleminin 20%-ni həll edə bilərik. Bu, ciddi göstəricidir”, – deyə baş direktor əlavə edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın