Menu
Geri İrəli

Dövlət qurumlarında təyinat gözləyən yüksək vəzifələr – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyul 2017 • Baxış sayı: 283 dəfə • Şərh yoxdur
Share Button

Son vaxtlar Azərbaycanda bir neçə məmur vəzifəsindən kənarlaşdırılıb. Bəzi məmurlar isə struktur islahatları zamanı öz postu ilə vidalaşmalı olublar.

Modern.az ayrı-ayrı dövlət qurumlarında boş qalan yüksək vəzifə yerlərini dəqiqləşdirməyə çalışıb. Lent.az bu yerləri təqdim edir:

Hazırda Prezident Administrasiyasında bir neçə belə vəzifə təyinat gözləyir. Dövlət başçısı İlham Əliyevin bu il iyunun 1-də struktur islahatları ilə əlaqədar imzaladığı sərəncamlardan irəli gələrək, Prezident Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçi – şöbə müdiri Kamal Abdulla, Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə tutduqları vəzifələrdən azad olundular.

Kamal Abdulla bundan sonra Azərbaycan Dillər Universitetinin rektoru təyin edildi.

Struktur islahatları nəticəsində Prezident Administrasiyasında İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsi də yaradıldı.
Hər üç şöbəyə müdir təyinatı hələ ki gerçəkləşməyib.

İyunun 8-də günorta saatlarında İstanbulun “Florence Nightingale” klinikasında Azərbaycanın energetika naziri Natiq Əliyev vəfat edib. Onun yerinə isə hələlik heç bir təyinat olmayıb. Yeni energetika nazirinin kim olacağı maraq doğurur…

Azərbaycan prezidenti İlham Əliyevin bu ilin iyulun 1-də imzaladığı sərəncamla Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad edilib. İbrahim Mehdiyevin vəzifəsindən uzaqlaşdırılmasına səbəb “Sovetski”dəki Hacı Cavad məscidinin söküntüsü olub. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısının tapşırığının əksinə olaraq, yeni binanın tikintisi başa çatmamış Hacı Cavad məscidinin sökülməsi barədə özbaşına qərar verildiyini deyib.

“Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verib”, – deyə Əli Həsənov qeyd edib. Prezidentin köməkçisi diqqətə çatdırıb ki, bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı artıq tutduğu vəzifədən azad edilib.

İbrahim Mehdiyevin yerinə hələlik heç bir təyinat yoxdur.

Ölkə başçısının 11 iyulda imzaladığı sərəncamla Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilib.

Buna səbəb isə Novruzəli Orucovun oğlu Rüstəm Orucovun avtobus sürücüsünə qarşı xuliqanlıq etməsi olub.

Bu vəzifəyə də heç bir təyinat olmayıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın