Menu
Geri İrəli

DTX-çıların üstünə qumbara çıxaran Sumqayıt sakinlərinə HÖKM OXUNDU

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Sentyabr 2017 • Baxış sayı: 272 dəfə • Şərh yoxdur
Share Button

mehkemeDövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan və İŞİD üzvü olmaqda təqsirləndirilən Aydın Gülməmmədov və Əmrah İmanovun məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Baki Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, A.Gülməmmədovun 13 il və Ə.İmanovun isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakı-İstanbul avtobus reysində olan İŞİD üzvləri DTX əməkdaşlarına müqavimət göstərərkən zərərsizləşdirilib. Onlardan ikisi öldürülüb, ikisi isə sağ ələ keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Ağamirzə Quliyevin sərnişini olduğu “Bakı-İstanbul” avtobusu Ələt qəsəbəsi ərazisində saxlanılıb.
Ona DTX-ya getmək təklif olunsa da A.Quliyev üzərindəki əl qumbarasını partlatmağa cəhd edib. Xüsusi təyinatlılar tərəfindən A.Quliyev zərərsizləşdirilib, o, həyatını itirib. Dəstənin digər üzvü Fuad Rüstəmov isə Abşeron rayonu ərazisində saxlanılarkən silahlı müqavimət göstərən zaman əməıiyyatçılar tərəfindən öldürülüb.
4 nəfərlik dəstə üzvlərindən ikisi isə sağ ələ keçirilib. Bunlar Sumqayıt şəhər sakinləri A.Gülməmmədov və Ə.İmanovdur.
Onlar barəsində Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən Cinayət Məcəlləsinin 218.2, 28,181.2.1, 28,214.2.1, 28,214.2.3 və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın